Sərbəst Piramida üzrə Ölkə Çempionatı 17-19 may tarixlərində keçiriləcək.
Sərbəst Piramida üzrə Ölkə Çempionatı 17-19 may tarixlərində keçiriləcək.
Azərbaycan Bilyard Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 17-19 may tarixlərində Sərbəst Piramida növü üzrə Bilyard İdmanı üzrə Ölkə Çempionatı baş tutacaq. Çempionat AZPULMAT şirkətinin dəstəyi ilə keçiriləcək və ölkənin müxtəlif bölgələrindən idmançıları bir araya gətirəcək. Yarış, bilyard idmanına marağın artırılması və yeni istedadların üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Bilyard Federasiyası hər kəsi bu idman bayramında iştirak etməyə və bilyardın həyəcanını yaşamağa dəvət edir.